İnsanın sahib olduğu ən dəyərli xəzinə onun zamanıdır. İnsan sağlamlığının etibar edildiyi bir tibb müəssisəsində vaxtın dəyəri sözlə ifadə edilməyəcək qədər dəyərlidir. Xəstəxana daxilində qısa zaman çərçivəsində bir çox işi icra etmə, idarə etmə imkanı olan proqramla işləmək vaxt və operativlik baxımından əvəzolunmazdır. Bu sahədə uzun müddətli təcrübəyə sahib olan peşəkarlar tərəfindən hazırlanmış Hisaz XMİES digər proqramlardan nəzərə dəyəcək dərəcədə fərqlənir.

Bu proqram ambulator, yatan və birbaşa müraciət edən xəstələrə aid laboratoriya istəklərinin qeyd edilməsi ilə yanaşı, alınacaq hər nümunənin XMİES ilə inteqrasiya edilmiş laboratoriya avadanlıqlarında analizlərin qarışmasının qarşısını almaq üçün avtomatik işarələmə xidməti ilə təmin edilmişdir. Xəstələr üçün analiz nəticələrinin sistemə köçürülməsi, keçmiş dövrdə edilmiş analiz nəticələrinin əldə edilməsi, qarşılaşdırılması üçün uyğun panel yaradılmışdır.

Tibb sahəsində istifadə olunan görüntü qeyd edən avadanlıqların təmin etdiyi görüntülərin tək bir qaynaqdan, görüntü işlətmək və dəyərləndirmə vaxtları tamamlandıqdan sonra, sifariş edən həkimin öz komputerindən, radiologiya mütəxəssisinin hesabatına əlavə olan görüntülərə çata bildiyi bir əlaqə sistemi olaraq hazırlanmışdır.

Mühasibatlıq əməliyyatları, xəstəxanada hər gün edilən alış-veriş, qaimələr, borcların izlənilməsi, ödəmələr və s. əməliyyatları əhatə etməkdədir.

Həkimin və ailə sağlamlığı işçisinin ən böyük köməkçisidir. Sadə və istifadəyə uyğun üzü ilə həm həkim həmdə ailə sağlamığı işçisinin tək bir ekran üzərindən bütün işlərini asanlıqla həll etməsinə və ASM-dəki işlərinizi sürətləndirər.Beləliklə özünüzə və xəstələrinizə daha çox vaxt ayırmağınıza kömək edəcəkdir.

Qurumun istədiyi və qurduğu şəkildə hazırlanıb e-Resept sisteminə elektronik sahədə qeyd ediləcəkdir.Elektron resept nömrəsi verilmiş olan reseptlər e-resept (elektronik resept) olaraq tanınır.

Xəstənin təcili müraciətindən müayinə olunmasına və xəstəxananı tərk etməsinə qədər olan proseduraların, poliklinikada ehtiyac duyulan, bütün tibbi prosedurların elektronik sahəyə köçürülərək lazım olan qeydlərinin tutulmasına və bu məlumatların lazım olan vaxt yoxlanmasını təmin etmək üçün hazırlanmışdır. Bu proqram vasitəsi ilə şəhərdəki bütün təcili tibbi yardım stansiyalarına inteqrasiya və paralel olaraq naviqasiya tətbiqi edilə bilər.