Biz kimik?

“HISAZ”, Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi, “Az zamanda, çox iş!” şüarı ilə qısa zaman çərçivəsində bir çox işi icra etmək və idarə etmək imkanı olan proqramla işləmək imkanı və operativlik baxımından əvəzolunmaz xidmətlər təklif etməkdədir.

Xüsusi olaraq bildirmək lazımdır ki, HISAZ XMİS, ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarəetmə sistemidir. Başlıca məqsədimiz ilk yerli və tam funksiyalı məhsul olmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, səhiyyə sektoru və texnologiya sahəsində tətbiqlərin genişləndirilməsi və imkanların artırılmasına xidmət funksiyasını daşımaqdır.

HISAZ XMİS, proqramlaşdırma sahəsində təcrübəli və peşəkar proqramçılar tərəfindən tərtib edilmişdir və istənilən tibb müəssisəsinin ehtiyaclarına uyğun şəkildə formalaşdırılma imkanına sahibdir. Proqram məlumat bazasının təhlükəsizliyini yüksək səviyyədə təmin edən struktura və modullar sisteminə malikdir, bu da işin təhlükəsiz, keyfiyyətli olması ilə səciyyələnir. Həmçinin HISAZ XMİS, ISO 9001, ISO 27001, PMP (Project Management Professional), Spice kimi beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür.

Missiyamız

Bütün insanların sağlam bir həyat sürməsi üçün çalışırıq!

Dəyərlərimiz

İnsana dəyər veririk, güvənilir olmaq əvəzolunmazdır. Təqdim etdiyimiz bütün xidmətlərlə fərqimizi göstəririk. Elmi yanaşmalar və daima inkişafa inanırıq.

Çevik, hədəf əsaslı və uğur əzmi yüksək bir heyətik. Etik üstünlüklərimiz və iş əxlaqımızla nümunə göstərilirik.

Hədəfimiz

Ölkə xaricində referans verilən, ölkə daxilində ən çox seçilən özəl tibbi müəssisə olmaqdır.

Güclü tərəflərimiz

  • Səhiyyə sistemləri arasında lider mövqe
  • Dünya standartlarında xidmət keyfiyyəti və kliniki mükəmməliyyət
  • Güclü marka anlayışı və bütün qiymət kateqoriyalarında xidmət verən əvəzsiz iş modeli
  • Üstün təşkilati və maliyyə performansı
  • Böyüməyi dəstəkləyən iş strategiyası
  • Güclü idarə heyəti ilə dəstək olunan vizyonlu idarə anlayışı

Məqsədimiz

Vahid və tək mərkəzdən idarə olunan informasiya və kommunikasiya texnologiyaları sistemi yaratmaqdır.

Müştəri dəstək xidməti

Digər proqramlardan fərqli olaraq, ölkə hüdudları daxilində fəaliyyət göstərən “Müştəri dəstək xidməti”miz istənilən yaranmış problemi ən qısa zamanda aradan qaldıra və yeni istəkləri də tez bir zamanda həll etmək kimi üstün xidmət təqdim etməkdədir. Bir ekrandan, eyni anda əməkdaşlıq etdiyimiz bütün xəstəxanalara nəzarət etməklə, yaranmış problemləri anında görür və həll edirik!

Məqsədimiz vahid və tək mərkəzdən idarə olunan informasiya və kommunikasiya texnologiyaları sistemi yaratmaqdır.