Parametrlər Modulu
Xəstəxana qurulumunun tamamının asanlıqla idarəsini təmin edir. Parametrlər Modulu özündə “Səlahiyyət Verilən Prosedurlar”, “Ümumi Təsvirlər”, “Log Əməliyyatları”, “Həkim Prosedurları”, “Randevu Prosedurları”, “Təşkilat Prosedurları” bölümlərini cəmləyir. “Səlahiyyət Verilən Prosedurlar” bölümü köməyi ilə itifadəçi təsvir etmək, ona rol yaratmaq və müxtəlif səlahiyyətlər vermək olur. “Ümumi Təsvirlər” bölümündə xəstəxananın ümumi, daxili və xarici prosedurlarının təsviri üçün bütün funksiyalar var. “Log Əməliyyatları” hissəsində xəstəxana istifadəçilərinin sistemə giriş, çıxış və sistem üzərindən işlədiyi prosedurları izləmək mümkündür. “Həkim Prosedurları” menyusu bizə xəstəxana daxilində və xaricində işləyən həkimlərin təsvirini, qruplara görə ayırımını və s. əməliyyatların görülməsini təqdim edir. “Randevu Prosedurları” hissəsi xəstələrin əvvəlcədən həkimlərə yazılma, şablon təsvir etmə imkanı verir. “Təşkilat Prosedurları” menyusu təşkilat təsviretmə, təşkilatları qruplaşdırma və təşkilata görə endirim təyin etmə kimi funksiyaları özündə cəmləşdirir. Zamanla istənilən dəyişiklikləri xəstəxana daxilində həll etmək mümkündür.